Venesuelanın Türkiyədəki səfiri Qutyerres ABŞ-ın hücumlarına münasibət bildirərkən deyib: "Biz ABŞ-la danışıqlar aparmayacağıq; Türkiyədən rəsmi qınaq gözləyirik".
Turkustan.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda yerli vaxtla saat 2:00 radələrində bir neçə ərazidə bir sıra partlayışlar baş verib. Partlayışlardan sonra insanlar küçələrə axışıb və fövqəladə vəziyyət elan edilib. ABŞ prezidenti Donald Tramp Venesuelada hərbi əməliyyat başlatdıqlarını və prezident Maduro və həyat yoldaşının əsir götürüldüyünü açıqlayıb.
Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb və bu açıqlamada deyilir: " Venesuelada baş verən son hadisələri yaxından izləyirik. Türkiyə Venesuelanın sabitliyinə, Venesuela xalqının sülh və rifahına önəm verir. Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərməsinin qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq. Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həlli üçün bütün konstruktiv töhfələrimizi verməyə hazırıq. Bu prosesdə Karakasdakı səfirliyimiz ölkədəki vətəndaşlarımızla fasiləsiz ünsiyyət və koordinasiyanı davam etdirir."
Aytən Yaşar/ Turkustan.az