GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu ABŞ qüvvələri tərəfindən əvvəllər əsir götürüldüyü bildirilən Venesuela Prezidenti Nikolas Maduronu azad etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, müvafiq bəyanat nazirliyin Teleqram kanalında yayımlanıb.
Bəyanatda qeyd olunur ki, Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının ABŞ ərazisində olması ilə bağlı təsdiqlənmiş məlumatlar fonunda Amerika rəhbərliyi bu mövqeyə yenidən baxmalıdır.
“Venesuela Respublikasının suverenliyinə hörmət çərçivəsində ABŞ-ı qanuni seçilmiş prezident Nikolas Maduronu və onun həyat yoldaşını dərhal azad etməyə çağırırıq”, – deyə bəyanatda vurğulanıb.
Rusiya Xarici İşlər Nazirliyi eyni zamanda Vaşinqton və Karakas arasında mövcud problemlərin yalnız dialoq və diplomatik yollarla həll olunmasının vacibliyini diqqətə çatdırıb.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.