AZ

Tramp: Venesuelada bir helikopterimiz vurulub, bir neçə hərbçimiz yaralanıb

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirərkən heç bir amerikalının ölmədiyini bildirib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə "Fox News"a açıqlamasında danışıb.

Tramp qeyd edib ki, ABŞ qüvvələri ciddi şəkildə möhkəmləndirilmiş ərazidə Maduronu ələ keçirməyə çalışarkən onlardan bəziləri yaralanıb.

"Bir neçə nəfər vurulub. Amma onlar geri qayıdıblar və deyilənə görə, vəziyyətləri yaxşıdır", - ABŞ lideri vurğulayıb.

Prezident əlavə edib ki, əməliyyat zamanı bir helikopter vurulub, lakin heç bir təyyarə itkisi olmayıb:

"Biz heç bir təyyarəmizi itirmədik. Hər şey geri qayıtdı. Bir helikopter ciddi şəkildə zədələndi, amma biz onu da geri qaytardıq", - deyə Tramp bəyan edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
41
oxu.az

10Mənbələr