AZ

BMT sükutu pozdu: Maduronun həbsinə belə reaksiya verildi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatın region üçün narahatedici nəticələrə səbəb olacağını bildirib.

Globalinfo.az xəbər verir ki, onun bu fikirlərini nümayəndəsi Stefan Düjarrik “Reuters” agentliyinə açıqlayıb.

“Baş katib Venesuelada baş verən son eskalasiyadan, xüsusilə də Birləşmiş Ştatların ölkədə həyata keçirdiyi hərbi əməliyyatlardan ciddi narahatdır. Bu hadisələr region üçün təhlükəli nəticələr doğura bilər”, – deyə Düjarrik qeyd edib.

O, həmçinin vurğulayıb ki, Venesueladakı hadisələr təhlükəli presedent yaradır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
1
globalinfo.az

2Mənbələr