AZ

ABŞ zərbəsi ilə məhv edilən Venesuelanın “Buk” HHM kompleksi görüntüləndi

ABŞ-ın Venesuelaya endirdiyi zərbə nəticəsində məhv edilən hava hücumundan müdafiə sistemi ilk dəfə fotoşəkildə əks olunub.

Məsələ ilə bağlı yayılan görüntüyə Rusiyanın hərbi mövzular üzrə ixtisaslaşmış “Военный осведомитель” (“Hərbi məlumatlandırıcı”) adlı Telegram kanalı diqqət çəkib.

Məhv edilən sistem “Buk-M2E”dir

Fotoda Rusiyada istehsal olunan və MZKT-6922 şassisi üzərində yerləşdirilmiş “Buk-M2E” zenit-raket kompleksinin (ZRK) məhv edilmiş vəziyyətdə olduğu görünür. Hərbi ekspertlərin fikrincə, qalıqlar sistemin məhz “Buk” ailəsinə məxsus olduğunu aydın şəkildə göstərir.

Məlumata görə, sözügedən kompleks generalissimo Fransisko de Miranda adına aviabazaya endirilən hava zərbəsi zamanı sıradan çıxarılıb.

“Buk-M2E” hansı imkanlara malikdir?

“Buk-M2E” zenit-raket kompleksi:

  • döyüş təyyarələrini,
  • qanadlı raketləri,
  • pilotsuz uçuş aparatlarını
  • məhv etmək üçün nəzərdə tutulub.

Kompleks F-15 Eagle tipli qırıcı təyyarəni 45 kilometrə qədər məsafədə vurmaq imkanına malikdir. Hər bir buraxılış qurğusunda 4 raket yerləşdirilir.

Venesuelanın arsenalında neçə “Buk” var idi?

Seçilən
145
50
aznews.az

10Mənbələr