ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Almaniya Kansleri Fridrix Merz ABŞ-ın Venesuelaya hücumunu şərh edərkən əməliyyatın qanuniliyini qiymətləndirməkdə çətinlik çəkdiyini bildirib.
Globalinfo.az-ın məlumatına görə, Merz qeyd edib:
“ABŞ əməliyyatının hüquqi qiymətləndirilməsi mürəkkəbdir. Bunun üçün bizə vaxt lazımdır”.
Siyasətçi həmçinin vurğulayıb ki, dövlətlər arasında münasibətlər beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır. Merz, eyni zamanda, Venesuelada siyasi qeyri-sabitliyin qarşısının alınmasına və hakimiyyətin seçilmiş hökumətə keçməsinin təmin edilməsinə çağırış edib.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.