AZ

Nyu-Yorkda ABŞ-ın Venesueladakı hərəkətlərinə etirazlar başladı

Nyu-Yorkda ABŞ-ın Venesueladakı hərəkətlərinə etirazlar başladı

Yüzlərlə insan ABŞ-ın Venesuelaya qarşı hərbi təcavüzünə etiraz etmək üçün Nyu-Yorkun əsas meydanı olan Times Meydanında toplaşıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, nümayişçilərin əllərində Venesuela bayraqları və "Əllərinizi çəkin Venesueladan!", "Venesuelanı bombalamağı dayandırın!" və "ABŞ, Karib dənizindən çıx!" yazılı plakatlar olub.

“Venesuela prezidenti Nikolas Maduronun qaçırılması təxribat, müharibə cinayəti və qəbuledilməz təcavüz aktıdır. Bu, Venesuela xalqına və bütün Latın Amerikasının suverenliyinə hücumdur”, – deyə etirazçılar bildiriblər.

Tədbirin keçirildiyi ərazidə çoxlu sayda polis toplaşıb, lakin onlar nümayişə müdaxilə etməyiblər.

Seçilən
139
6
afn.az

10Mənbələr