BAKI, 4 yanvar. TELEQRAF
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin ölkə ərazisinə mümkün zərbələri ilə bağlı suala birbaşa cavabdan yayınıb.
Teleqraf xəbər ki, bu barədə Meksika prezidentinin mətbuat xidməti Şeynbaumun çıxışının videoyazısını yayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizənin zəruriliyi məsələsini dəfələrlə qaldırıb.
“Lakin bizim Birləşmiş Ştatlarla təhlükəsizlik sahəsində və digər məsələlər üzrə çox yaxşı münasibətlərimiz var. Əlaqə mövcuddur, bir neçə görüş zamanı formalaşmış təhlükəsizlik üzrə qarşılıqlı anlaşma var. həmişə demişik ki, əməkdaşlıq və koordinasiya ola bilər, amma tabelik yox”, - Şeynbaum vurğulayıb.