AZ

Braziliya Delsi Rodrigezi Venesuelanın dövlət başçısı kimi tanıyır

BAKI, 4 yanvar. TELEQRAF

Braziliya Delsi Rodrigezi Venesuelanın dövlət başçısı kimi tanıyır.

Teleqraf xəbər verir ki, Braziliya rəhbərliyi Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodrigezi dövlət başçısı kimi qəbul edir. Bu qərar ABŞ hərbçiləri tərəfindən Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından sonra verilib.

Bu barədə Braziliya Xarici İşlər Nazirliyinin Baş Katibliyinin rəhbəri Mariya Laura da Roşa mətbuat üçün açıqlamasında bildirib. Nazirliyin "YouTube" kanalında yayımlanan çıxışda diplomat qeyd edib ki, hazırda Maduronun ölkədə olmaması səbəbindən dövlət başçısının səlahiyyətlərini vitse-prezident Rodrigez icra edir.

“Hazırkı prezident Maduronun olmaması fonunda bu vəzifəni vitse-prezident Rodrigez yerinə yetirir”, – deyə Braziliya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Delsi Rodrigez özü Venesuelanın yeganə qanuni prezidentinin Nikolas Maduro olduğunu bəyan etmişdi. O, ABŞ hakimiyyətini Venesuela liderini dərhal azad etməyə və onu Karakasa qaytarmağa çağırmışdı.

Seçilən
87
27
teleqraf.com

10Mənbələr