AZ

Venesueladakı əməliyyata görə minlərlə turist Karib hövzəsində qalıb

BAKI, 4 yanvar. TELEQRAF

ABŞ-nin Venesueladakı əməliyyatı səbəbindən minlərlə turist Karib hövzəsində ilişib qalıb.

Teleqraf xəbər verir ki, ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat fonunda hava əlaqəsinin dayandırılması Karib hövzəsində minlərlə turistin ilişib qalmasına səbəb olub. Bu barədə "Daily Mail" yazıb.

Nəşrin məlumatına görə, Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından sonra bir sıra reyslər dayandırılıb və nəticədə minlərlə xarici vətəndaş adalarda qalmağa məcbur olub.

Bildirilir ki, turistlər uçuşların nə vaxt bərpa olunacağı ilə bağlı qeyri-müəyyənlikdən narahatdır və reyslərin uzun müddət təxirə salına biləcəyindən ehtiyat edirlər.

Seçilən
78
teleqraf.com

1Mənbələr