AZ

Ronaldo sentyabrdan bəri ilk dəfə Ərəbistanda qol vura bilmədi

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Əl-Əhli”yə qarşı oyunda fərqlənə bilməyib.

Portuqaliyalının komandası Səudiyyə Liqasının 13-cü turunda 2:3 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu 14 sentyabrdan bəri çempionatda qol vura bilməyib.

Ronaldo o vaxtdan etibarən ardıcıl 9 oyunda fərqlənmişdi.

O, 12 oyunda vurduğu 13 qol ilə hələ də liqanın bombardirlər siyahısında Joao Feliks ilə birinci yeri paylaşır. Kriştianonun komanda yoldaşı da 12 oyunda 13 qol vurub.

Seçilən
117
sportinfo.az

1Mənbələr