Azərbaycanda müqəddəs Ramazan ayı 19 fevral tarixindən etibarən başlayacaq.
Bu il Ramazan ayı çərçivəsində xüsusi əhəmiyyət daşıyan Qədr gecələri mart ayının 8-i, 10-u, 12-si və 16-sı tarixlərinə təsadüf edəcək. Bu gecələr müsəlmanlar tərəfindən duaların və ibadətlərin daha fəzilətli sayıldığı günlər kimi qeyd olunur.
Qeyd edək ki, Ramazan ayının sona çatması ilə əlaqədar Ramazan bayramı (İd əl-Fitr) qeyd ediləcək. Bayram şəvval ayının 1 və 2-ci günlərinə, yəni 20 və 21 mart tarixlərinə düşür.