AZ

Braziliya yığmasının futbolçusu klubunu dəyişdi

BAKI, 4 yanvar. TELEQRAF

Braziliyanın “Santos” klubu “Kruzeyro”nun futbolçusu Qabriel Barbozanın keçidini açıqlayıb.

Teleqraf xəbər verir ki, “Qabiqol” ləqəbli 29 yaşlı hücumçu doğma komandasına 2026-cı ilin sonunadək icarə əsasında qoşulub.

Razılaşmaya əsasən, Barbozanın məvacibi klublar arasında yarıbayarı bölünəcək və müqavilə müddətinin sonunda “Santos”un onu birdəfəlik transfer etmək hüququ olacaq.

Qabriel Barboza “Santos”un yetirməsidir. O, peşəkar karyerası ərzində bu komandanın heyətində keçirdiyi 207 matçda 83 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. “Qabiqol” karyerası ərzində İtaliyanın “İnter”, Portuqaliyanın “Benfika” və Braziliyanın “Flamenqo” klublarında da çıxış edib.

Qeyd edək ki, Qabriel Barboza Braziliya yığmasının üzvüdür.

Seçilən
117
teleqraf.com

1Mənbələr