AZ

Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner xəstəxanadan evə buraxılıb

Bakı. Trend:

Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşnerxəstəxanadan evə buraxılıb və korrupsiya işi üzrə cəzasını çəkdiyimənzilə qaytarılıb.

Trend xəbər verirki, bu barədə keçmiş dövlət başçısının iki həftə müalicə aldığıtibb müəssisəsi məlumat yayıb.

Xəstəxananın açıqlamasında bildirilir: "Kristina Fernandes deKirşner lokal peritonit və əməliyyatdan sonrakı bağırsaq tıxanmasıilə ağırlaşan kəskin appendisit səbəbindən xəstəxanada müalicəsinibaşa vurub və evə buraxılıb. O, evdə şəxsi tibbi heyət tərəfindənnəzarətdə saxlanılacaq".

Qeyd olunur ki, Fernandes de Kirşner 20 dekabr 2025-ci ildəqarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilmiş və appendisitdiaqnozu qoyulmuşdu. O, dərhal əməliyyat olunub, lakin bağırsaqdisfunksiyası onun xəstəxanadan çıxmasını bir qədər gecikdirib.

Seçilən
91
2
az.trend.az

3Mənbələr