AZ

Qazaxda həlak olan hərbçi yeni ata olmuşdu – Təsirli detallar

Qazaxda

[b]Səbuhi Əliyev yeni doğulan körpəsini hərbi hissəyə aparmaq üçün yola çıxmışdı [/b]Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki, Qazaxda hərbçinin həlak olduğu yol qəzası ilə bağlı yeni və təsirli məqamlar üzə çıxıb.Qəza nəticəsində dünyasını dəyişən 2003-cü il təvəllüdlü Səbuhi Əliyev bir neçə gün əvvəl ata olmuşdu. O, ötən həftə dünyaya gələn körpəsini və həyat yoldaşını Qazaxdan xidmət etdiyi hərbi hissənin şəhərciyinə gətirmək üçün rayona gəlmişdi. Faciəvi hadisə də elə bu səfər zamanı baş verib. MAXE kimi xüsusi təyinatlıların sıralarında xidmət edən Səbuhi Əliyev Qazax rayonunun Qaymaqlı kəndində torpağa tapşırılıb. Yaxınlarına və hərbçi yoldaşlarına başsağlığı veririk.Ulusum.az Elnur Quliyev

Diqqət Çəkənlər

Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən İrana uçuşları maraq yaradıb

ABŞ “Tam Qətiyyət Əməliyyatı”ndan fotolar yaydı – Maduro saxlanılıb

Maduro və xanımı burada saxlanılacaq

Seçilən
55
ulusum.az

1Mənbələr