“Santos” klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Braziliya nəhəngi “Kruzeyro”nun futbolçusu Qabriel Barbozanı sıralarına cəlb edib.
Sözügedən klub yeni transferini rəsmi saytı vasitəsilə açıqlayıb.
“Qabiqol” ləqəbli 29 yaşlı hücumçu ilə 2026-cı ilin sonunadək icarə əsasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, Barbozanın məvacibini klublar "yarı-yarı" prinsipi ilə ödəyəcəklər və müqavilə müddətinin sonunda “Santos”un onu birdəfəlik transfer etmək hüququ olacaq.
Qeyd edək ki, Braziliya yığmasının üzvü olan Qabriel Barboza “Santos”un yetirməsidir. O, peşəkar karyerası ərzində bu komandanın heyətində keçirdiyi 207 matçda 83 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. “Qabiqol” karyerası ərzində İtaliyanın “İnter”, Portuqaliyanın “Benfika” və Braziliyanın “Flamenqo” klublarında da çıxış edib.