Bakı. Trend:
Koreya Respublikasının Prezidenti Li Cemyön Çin XalqRespublikasına (ÇXR) dövlət səfərinə gəlib.
Trend xəbər verirki, səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub və bu, LiCemyönün prezident vəzifəsində Çinə ilk səfəridir.
Səfər yanvarın 7-dək davam edəcək və Cənubi Koreya lideripaytaxt Pekin ilə yanaşı, Çin maliyyə mərkəzi Şanxaya da başçəkəcək.
Cənubi Koreya mediasının məlumatına görə, Li Cemyön Çin lideriSi Cinpin, Baş nazir Li Çian və qanunverici orqanın rəhbəri CaoLıci ilə görüşlərdə əsasən ikitərəfli iqtisadi əlaqələr, regionalməsələlər, o cümlədən Şimali Koreya mövzusunu müzakirə edəcək.Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 10-a yaxınsənədin imzalanması gözlənilir.
Dövlət başçısını səfərdə böyük biznes nümayəndə heyəti müşayiətedir. Onların məqsədi Pekində keçiriləcək Çin-Koreya iqtisadiforumunda iştirak etmək, həmçinin süni intellekt, yaşıl enerji,təchizat zənciri və turizm də daxil olmaqla müxtəlif sahələrdəəməkdaşlığı genişləndirmək üçün müzakirələr aparmaqdır.