Bakı. Trend:
İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli MatəmGünü elan olunub.
Trend xəbər verirki, bu barədə İsveçrə Konfederasiyasının Prezidenti və ölkəniniqtisadiyyat naziri Gi Parmelen “Tages-Anzeiger” qəzetinəmüsahibəsində bildirib.
Gi Parmelenin sözlərinə görə, Kran-Montana kurortunda barda başverən yanğın nəticəsində 40 nəfərin həlak olması ilə əlaqədarolaraq 9 yanvar ölkə üzrə Milli Matəm Günü elan ediləcək.
Məlumata əsasən, saat 14:00-da Kran-Montanada matəm mərasimibaşlayacaq. Həmin vaxt İsveçrənin bütün kilsələrində zənglərçalınacaq, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yadediləcək. Prezident anım mərasimində şəxsən iştirak edəcəyini dəqeyd edib.