Bir çox futbolçunun oyun öncəsi adi hala gələn ritualları var. Bəziləri bir dizinin üstündə diz çöküb ot örtüyünə toxunur, digəri isə dua edib əllərini göyə qaldırır.
Publika.az xəbər verir ki, “Sidney”in qapıçısı Harrison Deveniş-Mirsin isə çox qəribə bir vərdişi var.
Jurnalist: “Oyun öncəsi rejiminiz haqqında bir az danışın. Sizin bir az fərqli ritualınızın olduğunu gördük. Bu nə deməkdir?”
Deveniş-Mirs: “Sakitləşməyə və dincəlməyə çalışaraq meydançaya ayaqyalın çıxıram. Əlimdə çayım var və oyun zamanı baş verə biləcək bəzi şeyləri təsəvvür edirəm. Keçən mövsümdən sonra oyunumdan tam razı deyildim, ona görə də hər şeyi ətraflı təhlil etdim. Yeni il üçün hər şeyi yenidən qurdum, amma oyunöncəsi rejimim eyni qaldı”.
Jurnalist: “Mənə deyildiyi kimi, otların üzərində ayaqyalın gəzib az miqdarda qazonun dadına baxırsınız? Bu doğrudur?”