"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali jaryerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.
Məlumata görə, onun xidmətində "Çelsi" maraqlıdır. Mənbə London təmsilçisinin rəhbərliyinin İngiltərə çempionatında yüksək performans sərgiləməyi bacaran orta xətt oyunçusu istədiyini və 25 yaşlı Tonalinin komandaya faydalı olacağına inandığını vurğulayıb. "Zadəganlar"ın Sandronu bu qış yox, mövsümün sonunda heyətə qatmağa çalışacaqları bildirilib.
Qeyd edək ki, cari mövsüm "sağsağanlar"ın forması ilə bütün turnirlərdə 24 matça çıxan italiyalı futbolçu 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Tonalinin transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.
Nihat