Bakı. Trend:
Yeni ilin ilk həftəsində bayram günlərinin həftə sonu qeyri-işgünləri ilə ardıcıllıq təşkil etməsi qarşıdakı günlərdə paytaxtdanbölgələrə və əks istiqamətdə hərəkət intensivliyinin əhəmiyyətlidərəcədə artacağından xəbər verir. Təhlükəsizlik baxımından, eləcədə proqnozlaşdırılan sıxlığının yol hərəkəti iştirakçılarınınbayram əhval-ruhiyyəsinə təsirsiz ötüşməsi üçün səfərə hazırlaşansürücü və sərnişinlərin bəzi tövsiyələrə əməl etməsi vacibdir.
Trend xəbər verirki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətiməlumat yayıb.
Səfərə hazırlaşan sürücülər ilk növbədə nəqliyyat vasitələrininsazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərinitəkcə özləri deyil, sərnişinlərin də bağlamasını təminetməlidirlər. Unutmaq olmaz ki, sürət rejiminə, ötmə və manevr etməqaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgünqiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir.
Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükün arxasınaəyləşməkdən çəkinin. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıqfasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin vənəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin.
Sərnişinlərə isə mənzil başına təhlükəsiz çatmaları üçün qanunlaüzərilərinə düşən vəzifələri yerinə yetirməyi, sürücünün diqqətiniyayındıran hərəkətlərdən çəkinməyi, nəqliyyatı idarəetmə zamanıonların əhval-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qaydapozuntularına biganə qalmamağı və qanunsuz sərnişindaşımaprosesinin iştirakçısı olmamağı tövsiyə edirik.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni ildə hər bir hərəkətiştirakçısına səadət və təhlükəsiz yol arzulayır!