AZ

Air Astana uçuşları təxirə saldı

Air

Air Astana əlverişsiz hava şəraiti səbəbilə bir sıra uçuşları təxirə saldı. Aviaşirkət sərnişinləri uçuşdan əvvəl statusu yoxlamağa çağırıb Tengrinews.kz müxbirinin verdiyi məlumata görə, Ulusum.az xəbər verir ki, Air Astana yanvarın 4-də Astanada əlverişsiz hava şəraiti səbəbindən uçuşların təxirə salındığını və uçuş cədvəlində dəyişikliklərin hələ də davam etdiyini açıqlayıb. Aviaşirkət daha əvvəl məlumat vermişdi ki, 3-dən 4-nə keçən gecə Almatıdan Airbus A320neo təyyarələri ilə planlaşdırılan bir neçə reys hava şəraitinə görə təxirə salınıb. Bu gecikmələr uçuşlara qoyulan məhdudiyyətlərlə əlaqədardır. "Air Astana" bildirib ki, uçuş cədvəlinin bərpası üçün FlyArystan-dan ehtiyat təyyarə geri çağırılıb və bütün zəruri tədbirlər görülür. Sərnişinlərə hava limanına getməzdən əvvəl uçuş statuslarını yoxlamaları tövsiyə olunub. Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər

Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən İrana uçuşları maraq yaradıb

ABŞ “Tam Qətiyyət Əməliyyatı”ndan fotolar yaydı – Maduro saxlanılıb

Bəzi yerlərdə külək əsir - FAKTİKİ HAVA

Seçilən
156
50
ulusum.az

10Mənbələr