
Həşərat zülalı nə üçün faydalıdır? Həşərat yeməyin sağlamlığa təsiri, ətraf mühitə faydası və niyə gələcəyin protein mənbəyi sayıldığı bu yazıda. Həşəratlar – gələcəyin proteiniHəşəratlar zülalla zəngin, qidalı və ekoloji baxımdan çox sərfəlidir. Dünyanın bir çox ölkəsində – Afrika, Asiya və Latın Amerikasında – insanlar həşəratları adi qida kimi yeyirlər. Onlar az su və torpaq tələb edir, ətraf mühitə də daha az zərər vurur. Bəs niyə yemirik?Qərb ölkələrində insanların çoxu həşərat yeməyə ikrahla yanaşır. Bunun əsas səbəbləri mədəni vərdişlər, “iyrəncdir” düşüncəsi və təhlükəsizlik qorxusudur. Halbuki mütəxəssislər deyir ki, bu hiss daha çox öyrənilmiş psixoloji reaksiyadır. Həll yolu varmı?Ulusum.az verir ki, alimlər hesab edir ki, insanlar həşəratları daha çox görsə və dadına baxsa, bu ikrah tədricən azala bilər. Xüsusilə gənclər həşərat əsaslı qidalara daha açıqdır. Həşəratlar dünya aclığı və iqlim problemlərinin həllində faydalı alternativ ola bilər – amma yeganə çıxış yolu deyil.Həşəratlar sağlam və davamlıdır, problem onların dadında yox, düşüncələrimizdədir.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən İrana uçuşları maraq yaradıb
ABŞ “Tam Qətiyyət Əməliyyatı”ndan fotolar yaydı – Maduro saxlanılıb
Bəzi yerlərdə külək əsir - FAKTİKİ HAVA