AZ

Pakistan ilk dəfə qanadlı raketini sınaqdan keçirdi - VİDEO

Pakistan ilk dəfə öz Taimoor qanadlı raketini sınaqdan keçirib. Raketin uçuş məsafəsi 600 km-ə qədərdir və taktiki aviasiya üçün nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, raket Mirage III qırıcısından buraxılıb və uğurla hədəfi vurub.

Raketin hazırlanması GIDS şirkəti tərəfindən 2022-ci ildən aparılır. Taimoor çoxkanallı naviqasiya sistemi və termoviziya ilə hədəf təyini başlığı ilə təchiz olunub, bu onu Hindistanın silah arsenalındakı Avropa Storm Shadow / SCALP raketinə bənzər edir.

Hazırda raket Mirage III ilə sınaqdan keçirilir; JF-17 və F-16 təyyarələrinə inteqrasiya üçün isə Çinin köməyi və ABŞ-ın icazəsi tələb olunur.


Bizim.Media

Seçilən
62
3
bizim.media

4Mənbələr