Bakı. Trend:
Böyük Britaniyanın Oksfordşir qraflığının Bister şəhərindəyerləşən, 1 100 yerlik Bullinqdon həbsxanasına dron dəstələri iləhücum həyata keçirilib.
Trend “The Sun”nəşrinə istinadən xəbər verir ki, hücum nəticəsində məhbuslaranarkotik vasitələr və silah ötürülüb.
Məlumata görə, basqın gecə saatlarında baş verib. Dronlarızərərsizləşdirməyə çalışan mühafizəçilərin də hücuma məruz qaldığıbildirilir.
Qeyd olunub ki, mühafizə torlarının olmaması, eləcə dəpəncərələrin zəif konstruksiyaya malik olması və ya zədələnməsitəhlükəsizlik problemlərini daha da dərinləşdirib.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı, həmçininmüəssisənin təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə vəsaitinayrılacağı bildirilib.