AZ

Sovet ənənəsi geri qayıdır: Əhaliyə pulsuz mənzil...

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rusiya əhalini pulsuz mənzillə təmin etmək üzrə Sovet təcrübəsini qəbul etməlidir. Xüsusilə çoxuşaqlı ailələr üçün bu emxanizm işlək vəziyyətə gətirilməlidir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Federasiyası İctimai Palatasının Demoqrafiya, Ailələrin, Uşaqların Müdafiəsi və Ənənəvi Ailə Dəyərləri Komissiyasının sədri Sergey Rıbalçenko bildirib. 

Onun sözlərinə görə, Sovet dövründə dövlət sosial mənzil tikib 2000-ci ilə qədər hər ailəni ayrıca mənzillə təmin etməyi hədəflədiyi zaman ümumi doğum nisbəti (qadın başına düşən doğum sayı) 2,1-i keçib. Hazırda Rusiyada bu rəqəm təxminən 1,4-dür.

"Əgər dövlət Sovet İttifaqında olduğu kimi genişmiqyaslı sosial mənzil tikintisi ideyasına qayıdıb bunu ailə reproduktiv planlarının həyata keçirilməsi ilə əlaqələndirərsə, düşünürəm ki, bu, təsəvvür edə biləcəyimiz ən effektiv yol olar", - Rıbalçenko TASS-a bildirib.

Daha əvvəl Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin rəhbəri Anatoli Aksakov 2026-cı ilin birinci rübündə güzəştli ailə ipotekaları üçün fərqli faiz dərəcəsi müəyyən edən qanunun qəbul ediləcəyini açıqlamışdı.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
cebheinfo.az

1Mənbələr