Bakı. Trend:
Almaniyanın “Ayntraxt Frankfurt” klubu Çempionlar Liqasında“Qarabağ”la qarşılaşma ərəfəsində heyətini gücləndirməyə davamedir.
Trend xəbər verirki, Bundesliqa təmsilçisi “Hoffenhaym”ın ikinci komandasında çıxışedən hücumçu Ayub Amaymuni Eşquyabı transfer edib. 21 yaşlıfutbolçu ilə beş illik müqavilə imzalanıb.
Cari mövsümdə Ayub 18 oyunda iştirak edərək 9 qol vurub və 6məhsuldar ötürmə edib.
Bundan əvvəl “Ayntraxt” Almaniyanın “Elfersberq” klubundanhücumçu Yunus Ebnutalibini də heyətinə qatıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-dəBakıda, Tofiq Bəhramov adına Respublika stadionundakeçiriləcək.