AZ

Sərxoş sürücülərdən müsadirə edilən 21 avtomobil Ukraynaya veriləcək

Latviya Daxili İşlər Nazirliyi sərxoş sürücülərdən müsadirə edilmiş 21 avtomobilin Ukraynaya təhvil verilməsi ilə bağlı hökumət qərarının layihəsini hazırlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.

Nəqliyyat vasitələri Ukrayna Müdafiə Nazirliyinin, Ukrayna Milli Qvardiyasının, Xarkov Klinik Çoxsahəli Dəmir Yolu Xəstəxanasının və Novovorontsovka Hərbi Administrasiyasının hərbi hissələri üçün nəzərdə tutulub.

Seçilən
87
avtosfer.az

1Mənbələr