Bakı. Trend:
Rəsmilərin məlumatına görə, Venesuela Prezidenti NikolasMaduronun işi ilə bağlı Manhetten Federal Məhkəməsində ilkdinləmənin bazar ertəsi keçirilməsi gözlənilir.
Trend xəbər verirki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə Nikolas Maduro“korrupsiyalaşmış, qanunsuz hökumət” çərçivəsində genişmiqyaslınarkotik qaçaqmalçılığı əməliyyatlarını idarə etməkdə ittihamolunur və bu fəaliyyət nəticəsində ABŞ-a minlərlə ton kokaingətirildiyi bildirilir.
Məlumata görə, Nikolas Maduro və həyat yoldaşı Siliya Floresişənbə günü axşam Nyu-Yorka eniş edib. Maduro ABŞ NarkotiklərləMübarizə İdarəsinin ofisinə çatdırılıb və hazırda Nyu-Yorkdakıistintaq təcridxanasında saxlanıldığı güman edilir.
Nyu-Yorkdakı venesuelalı immiqrantlar isə Nikolas Maduro vəSiliya Floresin ələ keçirilməsini qeyd edərək bayram ediblər.