ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Serbiya hakimiyyəti il yarım ərzində ordunun müdafiə qabiliyyətini ikiqat artırmağı planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Təhlükəsizlik Şurasının hökumət üzvlərinin və yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iştirakı ilə keçirilən iclasından sonra bildirib.
“Hərbi imkanlarımızı əhəmiyyətli dərəcədə gücləndirəcəyik. Növbəti 1,5 il ərzində müdafiə qabiliyyətimizi demək olar ki, ikiqat artıracağıq. Ölkə həmçinin yerli və xarici hərbi məhsullardan istifadə edərək şəxsi heyətini 30%, atəş gücünü isə 100% artırmaq niyyətindədir”, – o qeyd edib.
Prezident əlavə edib ki, Serbiyanın hərbi sənayesinə əlavə investisiyalar planlaşdırılır.
Qeyd edək ki, 27 dekabrda Vuçiç ölkədə PUA istehsalına başlandığını elan edib. O, bunun 2026-cı ilin yazında baş verəcəyini söyləyib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.