"Fənərbağça"nın polşalı yarımmüdafiəçisi Sebastian Şimanski Avropa klublarının transfer hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, Fransanın "Olimpik Lion" və Almaniyanın "Ayntraxt Frankfurt" klubları 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Türkiyəli jurnalist Sercan Hamzaoğlunun yaydığı məlumata görə, "Fənərbağça" ulduz oyunçusu üçün ən azı 10 milyon avro təzminat tələb edir.
Lakin "Ayntraxt Frankfurt" rəhbərliyi bu məbləği yüksək hesab edərək qiymətdə endirim gözləyir. İstanbul təmsilçisi isə bazar dəyəri 12 milyon avro olan Şimanski üçün müəyyənləşdirdiyi qiymətdən aşağı düşmək niyyətində deyil. Tərəflər arasında danışıqların gedişatı polşalı futbolçunun gələcək karyerasına aydınlıq gətirəcək.