Yeni il tətili bitir, rayonlara gedənlər artıq Bakıya üz tuturlar.
Xezerxeber.az-ın məlumatına görə, Lənkəran avtovağzalında son iki gün ərzində paytaxta üz tutanların sayında artım müşahidə olunub.
Sərnişin sıxlığına görə avtovağzalda xəttə əlavə avtobuslar buraxılıb.
Sərnişinlərin bəziləri problemlə üzləşməmək üçün bir neçə gün əvvəldən bilet alıblar.
Azərbaycanın ikini böyük şəhəri olan Gəncədə də vəziyyət eyni olub.
Gəncə beynəlxalq avtovağzalından bildirilib ki, sıxlıq olan günlərdə xəttə 4-6 iritutumlu avtobus cəlb olunur və tələbata uyğun olaraq növbəli şəkildə yola salınır.
Yeni il bayramı ilə bağlı istirahət günlərinin başa çatması Zaqatala avtovağzalında sərnişin axınına səbəb olub.
Bayram tətilini rayonda keçirən tələbə və digər sərnişinlərin geri dönüşü üçün avtovağzalda gücləndirilmiş iş rejimi tətbiq edilib.
Gün ərzində - səhər saat 09:40-dan başlayaraq təxminən hər iki saatdan bir Bakıya avtobus yola salınıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.