AZ

''Fənərbaxça'' bu futbolçunu Rusiya klubuna göndərdi

''Fənərbaxça''nın ''Trabzonspor''a satmaqdan imtina etdiyi Oğuz Aydının yeni klubunun adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, ÇSKA 25 yaşlı vingerin keçidini tamamlayıb.

Moskva nəhəngi ilkin mərhələdə Oğuzu 650 min avro qarşılığında icarəyə götürüb. Amma müqavilədə məcburi transfer maddəsi var. Aydın 6 rəsmi oyunda (hər birində ən azı 55 dəqiqə) iştirak edəcəyi təqdirdə ÇSKA ''Fənər''ə daha 6 milyon avro ödəyərək onu daimi əsasda transfer etməli olacaq.

Bundan başqa futbolçunun sonrakı satışından əldə olunacaq məbləğin də 20 faizi İstanbul nəhənginə çatacaq. Oğuz ən qısa müddətdə Moskvaya yollanaraq tibbi müayinədən keçəcək. Yanvarın 13-də ''hərbçilər'' toplanış üçün Əbu-Dəbiyə yollanacaq. Oğuz Aydının də heyətdə olacağı gözlənilir.

Qeyd edək ki, 2024-ün yayında ''Alanyaspor''dan 6 milyon avroya transfer edilən və Türkiyə yığmasına da tez-tez dəvət alan Oğuz Aydın ''Fənərbaxça''da 54 rəsmi oyuna çıxaraq aktivinə 7 qol, 10 məhsuldar ötürmə yazıb.

Seçilən
102
football-plus.az

1Mənbələr