“Barselona” Yulian Ryersonun transferi ilə maraqlanmağa davam edir.
Fanat.Az xəbər verir ki, “365Scores” portalının məlumatına görə, katalonlar əsas prioriteti mərkəz müdafiəçisi transferinə versə də, Ryerson variantını da nəzərdən keçirir.
Mümkün ssenarilərdən biri Jül Kundenin mərkəz müdafiəyə çəkilməsidir. Qeyd olunur ki, Ryerson çoxmövqeli oyunçu olması ilə “Barselona”nın diqqətini çəkir.
Futbolçu daha əvvəl “Sevilya”da da mərkəz müdafiəçi mövqeyində çıxış edib.