AZ

Ağdamda binaların tikintisinə başlanılır - 9,7 milyon manat ayrıldı

Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-122 üzrə binaların tikintisi işlərinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, tikinti işlərini “Rabitəinşaat” ASC icra edəcək.

Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidmətinin bu şirkətlə bağladığı müqavilənin 9 milyon 726 min 734 manatdır.

İşlərin satınalınması üzrə keçiriləm tenderdə ilkin qiymət 10 milyon 37 min manat olub.

O ki qaldı icraçı şirkətə 2004-cü ildən yaradılan “Rabitəinşaat” ASC-nin nüzamnamə kapitalı 4000 manat, hüquqi sahibi Yelmar İsgəndərovdur.

Bundan əvvəl şirkət Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə 59 fərdi yaşayış evlərinin tikintisini (11 milyon 722 min manat), eləcə də Zabux yaşayış məntəqəsində birinci mərhələdə 223 ailə üçün 44 fərdi yaşayış evinin tikintisini (8 milyon 165 min 500 manat) icra edib.

Seçilən
46
bakivaxti.az

1Mənbələr