Vensan Abubakar “Neftçi”dən ayrılmağa yaxındır.
İdmanxeber.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu “Vasko da Qama”ya təklif olunub. Braziliya klubu hücum xəttini gücləndirməyi planlaşdırır və Abubakar variantını dəyərləndirir.
Kamerunlu futbolçu Braziliyaya keçməyə müsbət yanaşır, lakin yalnız iddialı layihə təqdim olunacağı halda. Onun “Neftçi” ilə müqaviləsi mövsümün sonunda bitir.
Üstəlik, yeni baş məşqçi Yuri Vernidubun Abubakarı əsas heyətdə düşünmədiyi bildirilir.