“Neftçi”nin futbolçusu Sessi Dalmeyda zədələnib.
Fanat.Az xəbər verir ki, Beni yığmasının düşərgəsində olan yarımmüdafiəçi Afrika Millətlər Kubokunda Botsvana ilə matçda sıradan çıxıb.
Sessi bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Beninli futbolçu bu mövsüm Premyer Liqada 11 oyuna çıxıb.