AZ

Ötən il Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulub

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad Uğur olub.

Bu ad il ərzində 1569 uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınmış oğlanlardan 1166-na Raul, 1028-nə Əli, 1050-nə Hüseyn, 986-na Yusif adı verilib.

Qız uşaqları arasında isə Melisa adı birinci olub. Ötən il ərzində bu ad 1073 uşağa verilib.

Seçilən
141
aznews.az

1Mənbələr