"Real Madrid"in zədəli hücumçusu Kilian Mbappe komandanın digər forvardının - Qonsalo Qarsiyanın La Liqanın 18-ci turunda "Betis"lə oyunda (5:1) het-trik etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, daha bir neçə matçı kənardan izləyəcəyi gözlənilən fransalı ulduz sosial şəbəkə hesablarında belə yazıb:
"Bum! Təbrik edir və daha böyük uğurlar arzulayıram. Bombardir Qonsalo Qarsiya!"
Qeyd edək ki, cari mövsüm 18 matçda (418 dəqiqə) meydana çıxan Qarsiya 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat