AZ

ADY Gəncə–Qəbələ marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 12 yanvar 2026-cı il tarixindən etibarən Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətini işə salacaq.

Marşrut üzrə səfərlər hər gün saat 10:10-da Gəncə, 18:00-da isə Qəbələdən başlayacaq və səfərin ümumi müddəti 1 saat 50 dəqiqədir. Sərnişinlər Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci sinif səyahət imkanları mövcuddur, biletlərin minimal qiyməti 4,30 AZN-dir. Marşrut Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə imkan verir. Biletlər 5 yanvardan ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqindən əldə edilə bilər.

Yeni marşrut qərb və şimal-qərb bölgələri arasında nəqliyyat əlçatanlığını artıracaq və daxili turizmin inkişafına töhfə verəcək.

Aytac 

Seçilən
59
anews.az

1Mənbələr