AZ

94 yaşlı şairin VİDEOSU gündəm oldu: O, kimə şeir yazırmış?

94 yaşlı şair Nəriman Həsənzadənin yazı makinası arxasında oturmasının təfərrüatı məlum olub.

Publika.az xəbər verir ki, Xalq şairinin köməkçisi Arif Mehmandost Qaynarinfo-ya açıqlamasında bildirib ki, şair xəstəxanadan evinə buraxılandan sonra onu müalicə edən həkimə şeir yazıb:

"Şeir artıq hazırdır, amma hələ həkiminə təqdim olunmayıb. Bu səbəbdən şeirin adını deyə bilmərəm. Həkimə təqdim olunandan sonra paylaşılacaq”.

Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən ay böyrək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasınya yerləşdirilib.

Seçilən
49
publika.az

1Mənbələr