AZ

CNN: ABŞ-nin Venesueladakı hərbi əməliyyatına qarşı etirazlar keçirilib

Dünyanın müxtəlif şəhərlərində ABŞ-nin Venesueladakı hərbi əməliyyatına və Prezident Nikolas Maduronun həbsinə qarşı etirazlar baş tutub.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, etirazçılar Seuldakı ABŞ səfirliyinin qarşısında ABŞ-nin hərəkətlərinitənqid edən mitinq keçiriblər. 

Bildirilib ki, Maduronun hərəkətlərini mühakimə etmək hüququ ABŞ-yə aid deyil və bu, venesuelalıların qərar verməli olduğu bir məsələdir.

Kanal həmçinin ABŞ-də və dünyanın digər şəhərlərində, o cümlədən İstanbul və Ankara (Türkiyə), Boqota (Kolumbiya), Madrid (İspaniya), Yeni Dehli (Hindistan) və Karaçi (Pakistan) şəhərlərində etiraz aksiyalarının keçirildiyini qeyd edib.

Gülşən Şərif

Seçilən
100
1
bakivaxti.az

2Mənbələr