AZ

Fransada yaşayan rusiyalı bloqerə bıçaqlı HÜCUM: Hər şeyini APARDILAR – FOTO/VİDEO

Fransada rusiyalı bloqer İqor Sinyaka silahlı hücum olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bıçaqla hədələnən bloqerin zinət əşyaları və bahalı çantaları oğurlanıb, o, bunun planlı olduğunu deyir.

Məlumata görə, Fransada yaşayan tanınmış rusiyalı “bıuti-bloqer” İqor Sinyak soyğunçuluq qurbanı olub. İki nəfər naməlum şəxs onun evinə soxulub.

Əllərində bıçaq olan qarətçilər bloqeri hədələyərək evdəki bütün qiymətli əşyaları – zinət əşyalarını və “premium” brendlərə məxsus çantaları toplayıb aparıblar.

Sinyak əmindir ki, basqın əvvəlcədən planlaşdırılıb. Onun fikrincə, cinayətkarlara kimsə ötürücü məlumat verib (“navodka”). Çünki soyğunçular evin planını və qiymətli əşyaların harada saxlandığını dəqiq biliblər.

Qeyd edək ki, İqor Sinyak 2022-ci ildə Rusiyanı tərk edərək Fransaya köçüb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr