Bakı.Trend:
Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi iləbağlı mediadan daxil olan məlumat əsasında 11 saylı RegionalEkologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindənaraşdırma aparılıb.
Trend xəbərverir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, araşdırma zamanı sözügedən ünvanda “Avant Group”MTK tərəfindən tikinti işləri aparılan zaman bir sərv ağacınınkəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığındanməsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallarAzərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçünhazırlanır.
Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyətvə media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görətəşəkkür edir, eyni zamanda vətəndaşlardan xahiş edirik ki,yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciətetsinlər.