Elə bürclər var ki, özlərini sanki film kimi bir eşqin içində tapırlar. Bu bürclər üçün sevgi – skripka səsləri, yağış altında etiraflar və sonsuz sədaqət deməkdir. Onlar üçün sıradan münasibət yoxdur. Hər bürcün özünəməxsus sevgi hekayəsi var. Bəzilərinin hekayəsi məyusluqla bitir, bəziləri isə xoşbəxt sona çatır. Amma elə 3 bürc var ki, onların hekayəsi filmləri belə kölgədə qoyur.
Ölkə.az həyatını bir Hollivud romantik komediyasına və ya epik dramaya çevirmək istəyən o 3 bürcü təqdim edir.
1. BALIQ
Siyahının başında, təbii ki, Balıq bürcü dayanır. Balıqlar üçün sevgi dünyadan qaçış biletidir. Onlar sadəcə kimisə sevmirlər; sevdikləri insan üçün şeirlər yazır, zehinlərində onunla birlikdə ayrı bir dünya qururlar.
Nə istəyirlər?
Gözlənilməz anda gələn güllər, uzun məktublar və ruh əkizini tapdığına dair o dərin hiss.
2. ŞİR
Şir bürcü üçün sevgi qürurla daşınacaq bir medal kimidir. Sevdiyi insanın ona heyran olmasını istəyir, eyni zamanda bütün dünyanın bu eşqdən danışmasını arzulayır. Göstərişli jestlər, bahalı sürprizlər və “hamının həsəd apardığı cütlük” olmaq istəyi Şirin təbiətində var.
Nə istəyirlər?
İnsanların içində edilən sevgi etirafları, şık axşam yeməkləri və tərəfdaşının ona özünü kral və ya kraliça kimi hiss etdirməsi.
3. XƏRÇƏNG
Xərçəng bürcləri üçün sevgi qorunmaq və qayğı ilə əhatə olunmaq deməkdir. Onlar kiməsə bağlananda bunu yalnız bu gün üçün yox, bir ömürlük edirlər. Keçmişə və xatirələrə bağlı olduqları üçün köhnə üsul flört, ailə istiliyi və hər çətinlikdə əl-ələ vermək onlar üçün filmləri belə geridə qoyan bir ssenaridir.
Nə istəyirlər?
Bazar səhəri səhər yeməkləri, “səni heç vaxt tərk etməyəcəyəm” deyən güvən dolu baxışlar və hər anı şəkil çəkiləcək qədər huzurlu bir həyat.
Həmidə İbrahimova