AZ

Tramp: "ABŞ Kiyevə xərclənən bütün vəsaitləri geri ala bilər"

Amerika tərəfi Ukraynaya yardım üçün xərclənən bütün vəsaitləri geri ala və Kiyevlə mineral ehtiyatlar üzrə razılaşmalar nəticəsində daha çox gəlir əldə edə bilər.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Ağ Evin keçmiş katibi Co Bayden Ukraynaya yardım üçün 350 milyard dollar verib:

"İndi bunun əhəmiyyətli bir hissəsini geri aldım, çünki nadir torpaq elementləri üzrə razılaşma əldə etmişik".

Tramp həmçinin Ukrayna böhranının həlli üçün son tarix müəyyən etmədiyini də vurğulayıb.

"Cebheinfo.az"

Seçilən
40
cebheinfo.az

1Mənbələr