AZ

Yaşar gülər Sarıqamış əməliyyatı zamanı Azərbaycan xalqının göstərdiyi yardımdan danışıb

“Sarıqamış şəhidlərinin yazdığı dastan bu gün "Türk Əsri"nin məqsədlərinə doğru irəliləyən güclü iradə üçün ilham mənbələrindən biridir və vətən uğrunda canlarından keçənlərin irsi indi hər sahədə, xüsusən də elm, texnologiya və müdafiə sənayesində ölkəsinə xidmət edən millətin çiyinlərində daşınır”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Sarıqamış əməliyyatının 111-ci ildönümü münasibətilə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə göndərdiyi mesajında deyib.

O ​​Sarıqamış əməliyyatında şəhidləri rəhmətlə yad edib və Azərbaycan xalqının əsir götürülmüş türk əsgərlərinə və "Türk Əsri"nin məqsədlərinə göstərdiyi sədaqətə diqqət çəkib.

Nazirin sözlərinə görə, Sarıqamış vətənpərvərliyi hər şeydən üstün tutan və ən çətin şərtlərdə belə vəzifələrini yerinə yetirməkdən çəkinməyən türk əsgərləri tərəfindən tarixə qoyulmuş şərəfli bir mirasdır.

Mesajda Sarıqamış dastanının yalnız cəbhə xəttindəki mübarizə ilə məhdudlaşmadığı, həm də əsirlik illərində yaşanan insanlıq və qardaşlıq sınağına toxunulduğu vurğulanıb.

Gülər qeyd edib ki, bu çətin dövrdə azərbaycanlılar əsir götürülmüş türk əsgərlərinə qayğı göstərməklə unudulmaz bir sədaqət nümunəsi nümayiş etdiriblər. Yeməklərini bölüşən, əsgərlərin yaralarına qulluq edən və şəhidləri, xüsusən də Nargin adasındakı əsir düşərgələrində öz övladları kimi dəfn edən Azərbaycan xalqının mövqeyi "iki dövlət, bir millət" anlayışının tarixi və mənəvi təməlini təşkil edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr