O, həmçinin "tanımama siyasəti" ilə bağlı bəyanatların hüquqi əsası olmadığını və regionda konstruktiv atmosferin yaradılmasına xidmət etmədiyini vurğulayıb.
Biqvava əlavə edib ki, Abxaziya hər zaman region siyasətinə daha praqmatik və realist yanaşma üçün göstərilən siqnalları diqqətlə və məsuliyyətlə nəzərdən keçirməyə hazırdır. "Abxaziya Respublikası sülh içində yanaşı yaşamaq, yaxşı qonşuluq və beynəlxalq hüquqa hörmət prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Biz, həmçinin, maraqlı dövlətlərlə, o cümlədən Gürcüstanla, bərabərlik, qarşılıqlı hörmət və obyektiv siyasi-hüquqi reallıqların tanınması prinsiplərinə riayət edilməklə dialoq və əməkdaşlıq qurmağa açığıq", - deyə Biqvava bildirib.
Xatırladaq ki, Gürcüstan Xarici İşlər Nazirliyi Venesueladakı son hadisələrə münasibət bildirərək, bu ölkənin Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya bölgələrini "müstəqil dövlət" kimi tanımaq qərarını beynəlxalq hüququn kobud pozuntusu hesab etdiyini və ümid etdiyini bildirmişdi ki, son hadisələr bu qərarın ləğvinə səbəb olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31