AZ

Çin lideri sükutu pozdu: Maduronun qaçırılmasına belə reaksiya verdi

Çin prezidenti Si Cinpin ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatdan danışıb.

Publika.az xəbər verir ki, o, Çinə səfər edən İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşü zamanı Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin Nyu-Yorka qaçırılmasını tənqid edib.

"Birtərəfli və məcburi hərəkətlər beynəlxalq nizamı pozur. Bütün ölkələr digər ölkələrin xalqları tərəfindən seçilmiş inkişaf yoluna hörmət etməli, beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etməlidir. Xüsusilə də böyük ölkələr bu məsələdə rol oynamalıdırlar", - Si Cinpinsöyləyib.

Xarici işlər naziri Vanq Yi də məsələ ilə bağlı bildirib ki, Çin həmişə güc tətbiqinə, təhdidlərə və bir ölkənin öz iradəsini digərinə tətbiq etməsinə qarşı olub. "Heç bir ölkənin dünya polisi rolunu öz üzərinə götürə biləcəyinə inanmırıq və heç bir ölkənin özünü beynəlxalq hakim elan etməsini qəbul etmirik", - deyə o qeyd edib.

Seçilən
100
publika.az

1Mənbələr