AZ

Netanyahu gecə ikən iclas keçirdi: İrana hücum başlayır?

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu son təhlükəsizlik şurası iclasında İrana qarşı yeni hücum planını təsdiqləyib. Bu plan “Dəmir Zərbə” adlanır.

Globalinfo.az xəbər verir ki, bu barədə “EremNews” məlumat yayıb.

“Netanyahu bazar günü axşamı bir neçə saat davam edən iclas keçirib və regional inkişaflar, xüsusilə İran məsələsi müzakirə olunub. İclas zamanı Qəzza, Livan, Suriya, Yəmən və İran daxil olmaqla müxtəlif cəbhələrin vəziyyəti müzakirə edilib və İsrail ordusu müəyyən səviyyədə hazırlıq vəziyyətinə gətirilib”, – nəşr bildirib.

“Channel 13” telekanalı yazır ki, İsrail Venesueladakı əməliyyata bənzər bir əməliyyatı İranda nəzərdən keçirir.

İsrail ordusunun məşqlər və simulyasiya təlimləri keçirdiyi bildirilir. Digər tərəfdən, İranda da müdafiə və hava hücumlarına qarşı təlimlərin keçirildiyi barədə məlumatlar yayımlanıb. Bu isə İran ordusunun hər hansı potensial təhdidə qarşı tam hazır olduğunu göstərir.

Analitiklər hesab edirlər ki, belə xəbərlərin yayılması yaxın zamanda baş verəcək bir əməliyyatı deyil, daxili ictimaiyyətdə psixoloji təzyiq yaratmaq, fikirləri yayındırmaq və regional və beynəlxalq siyasi üstünlük qazanmaq cəhdini göstərir.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
globalinfo.az

1Mənbələr